Millimizin üzvü assist etdi, komandası 1 xal qazandı
13.04.2025 - 23:24

Futbol üzrə Türkiyə I Liqasında XXXIV turun görüşləri keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" səfərdə "Ankaragücü" ilə qarşılaşıb.
Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyuna start heyətində başlayan Vüsal komandasının ilk qolunun assistini edib.
29 yaşlı futbolçu 90+8-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.
Qeyd edək ki, "Boluspor" bu matçdan sonra 49 xalla 10-cu pillədə yer alıb.
0
0