Super Liqa: “Fənər” turu qələbə ilə başa vurdu
19.10.2025 - 23:01

Türkiyə Super Liqasında IX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Kayserispor" öz meydanında "Samsunspor"la üz-üzə gəlib.
4 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub - 3:1.
Günün son qarşılaşmasında "Fənərbaxça" evdə "Fatih Karagümrük"ü Anderson Talişka və Marko Asensionun vurduğu qollarla məğlub etməyi bacarıb - 2:1.
Türkiyə Super Liqası
IX tur
15:30. "Kayserispor" - "Samsunspor" - 1:3
18:00. "Alanyaspor" - "Göztəpə" - 1:0
18:00. "Qaziantepspor" - "Antalyaspor" - 3:2
21:00. "Fənərbaxça" - "Fatih Karagümrük" - 2:1
0
0