Super Liqa: “Qalatasaray”dan kritik xal itkisi
12.04.2026 - 22:59
Super Liqa: “Qalatasaray”dan kritik xal itkisi

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Göztəpə" öz meydanında "Kasımpaşa" ilə üz-üzə gəlib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

Günün son qarşılaşması isə İstanbulda baş tutub. Lider "Qalatasaray" öz meydanında "Kocaelispor"u sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda ev sahibləri kritik xal itkisi ilə üzləşib. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir. Ondan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.