İngiltərədən 60 il sonra ən yaxşı nəticə – Tarixi qol rekordu
19.07.2026 - 03:14
İngiltərədən 60 il sonra ən yaxşı nəticə – Tarixi qol rekordu

İngiltərə millisi 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vuraraq 1966-cı ildən bəri mundiallardakı ən yaxşı nəticəsini əldə edib.

Apasport.az xəbər verir ki, ingilislər bürünc medal uğrunda görüşdə Fransanı 6:4 hesabı ilə məğlub ediblər.

Qarşılaşmada ümumilikdə 10 qol vurulub. Bununla da İngiltərə – Fransa görüşü dünya çempionatları tarixinin ən məhsuldar üçüncülük matçı olub.

Əvvəlki rekord 1958-ci ildə keçirilmiş Fransa – Qərbi Almaniya matçına məxsus idi. Həmin görüş fransızların 6:3 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, 1966-cı ildə dünya çempionu olan İngiltərə tarixində ilk dəfə mundialın bürünc medalını qazanıb.