"Qalatasaray"ın "Yuventus" üzərində üstünlüyü: STATİSTİKA
17.02.2026 - 11:57
"Qalatasaray"ın "Yuventus" üzərində üstünlüyü: STATİSTİKA

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə start veriləcək.

“Qalatasaray” “Yuventus”la qarşılaşacaq. İlk matç Türkiyədə keçiriləcək.

Apasport.az İstanbul nəhənginin “qoca sinyora” və İtaliya klubları ilə bağlı statistikasını təqdim edir.

“Cimbom” tarixdə 6 dəfə “Yuventus”la qarşılaşıb. Bunların hamısı Çempionlar Liqası çərçivəsində baş tutub. İlk dəfə 1998/99 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində “Qalatasaray” üstündür.

İstanbullular bu matçlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlub olub. Həmin qalibiyyətlər komandalar arasındakı son üç matça təsadüf edib. Top fərqi də Türkiyə təmsilçisinin xeyrinədir – 9:7.

“Qalatasaray” ümumilikdə 26 dəfə İtaliya klubları ilə qarşılaşıb. “Cimbom” “Milan”la 6, “Roma” ilə 4, “Parma” ilə 2, “Bolonya” ilə 2, “Latsio” ilə 6 dəfə üz-üzə gəlib.

Tərəflər hərəyə 8 qələbə qazanıbsa, 10 görüş heç-heçə yekunlaşıb. Rəqib qapılarından 32 top keçirən “sarı-qırmızılılar” 38 qol buraxıb.

Tarix Mövsüm Turnir Mərhələ Oyun Hesab
23.01.1963 1962/63 ÇL 1/4 final "Qalatasaray" - "Milan" 1:3
13.03.1963 1962/63 ÇL 1/4 final "Milan" - "Qalatasaray" 5:0
25.11.1992 1992/93 AL 1/8 final "Roma" - "Qalatasaray" 3:1
09.12.1992 1992/93 AL 1/8 final "Qalatasaray" - "Roma" 3:2
01.10.1997 1997/98 ÇL Qrup "Parma" - "Qalatasaray" 2:0
10.12.1997 1997/98 ÇL Qrup "Qalatasaray" - "Parma 1:1
16.09.1998 1998/99 ÇL Qrup "Yuventus" - "Qalatasaray" 2:2
02.12.1998 1998/99 ÇL Qrup "Qalatasaray" - "Yuventus" 1:1
21.09.1999 1999/00 ÇL Qrup "Milan" - "Qalatasaray" 2:1
03.11.1999 1999/00 ÇL Qrup "Qalatasaray" - "Milan" 3:2
23.11.1999 1999/00 AL 1/8 final "Bolonya" - "Qalatasaray" 1:1
09.12.1999 1999/00 AL 1/8 final "Qalatasaray" - "Bolonya" 2:1
21.11.2000 2000/01 ÇL Qrup "Milan" - "Qalatasaray" 2:2
07.03.2001 2000/01 ÇL Qrup "Qalatasaray" - "Milan" 2:0
11.09.2001 2001/02 ÇL Qrup "Qalatasaray" - "Latsio" 1:0
24.10.2001 2001/02 ÇL Qrup "Latsio" - "Qalatasaray" 1:0
20.11.2001 2001/02 ÇL Qrup "Qalatasaray" - "Roma"  1:1
13.03.2002 2001/02 ÇL Qrup "Roma" - "Qalatasaray" 1:1
17.09.2003 2003/04 ÇL Qrup "Yuventus" - "Qalatasaray" 2:1
02.12.2003 2003/04 ÇL Qrup "Qalatasaray" - "Yuventus" 2:0
02.10.2013 2013/14 ÇL Qrup "Yuventus" - "Qalatasaray" 2:2
11.12.2013 2013/14 ÇL Qrup "Qalatasaray" - "Yuventus" 1:0
18.02.2016 2015/16 Al 1/8 final "Qalatasaray" - "Latsio" 1:1
25.02.2016 2015/16 AL 1/8 final "Latsio" - "Qalatasaray" 3:1
16.09.2021 2021/22 AL Qrup "Qalatasaray" - "Latsio" 1:0
09.12.2021 2021/22 AL Qrup "Latsio" - "Qalatasaray" 0:0