21 iyun dünya futbol tarixi üçün önəmli günlərdən biridir.
Apasport.az xəbər verir ki, 1970-ci ilin məhz bu tarixində Braziliya millisi Meksikanın paytaxtı Mexikoda təşkil olunan dünya çempionatının finalında İtaliya yığmasını 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
“Azteka” stadionunda baş tutan görüşdə Braziliya millisinin heyətində Pele, Gerson, Jarzinyo və Karlos Alberto fərqlənib. İtaliyanın tək qolunu Roberto Boninsenya vurub.
Bu qələbə ilə Braziliya tarixində üçüncü dəfə dünya çempionluğunu qazanıb və Jules Rimet kubokunu daimi olaraq əldə edən ilk komanda olub.

Qeyd edək ki, Jules Rimet Kuboku - FIFA Dünya Çempionatının ilk rəsmi mükafatıdır. Braziliya millisi FIFA-nın keçmiş prezidenti Jules Rimetin şərəfinə adlandırılan bu kuboku 3-cü dəfə qazandığı üçün FIFA-nın qaydalarına əsasən, mükafat onlara daimi olaraq verilib.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku