İdmançılarımız MDB Oyunlarının finalında
26.09.2025 - 17:13
Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışları davam edir.
Apasport.az xəbər verir ki, ilk yarış gunünün ikinci sessiyasında mübarizəyə qatılan oğlanlardan ibarət komandamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb.
Onur Quluzadə ilə Adil Əhmədzadənin inamlı qələbələri komandamızı finala yuksəldib. İdmançılarımız sabah keçiriləcək final matçında Rusiya komandası ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
- Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
0
0