Stolüstü tennis üzrə ölkə kuboku yekunlaşıb
26.11.2026 - 19:28
Stolüstü tennis üzrə ölkə kuboku yekunlaşıb

Yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan kubokuna yekun vurulub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) məlumat yayıb.

“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirdə U-14 və U-18 yaş qrupları üzrə qalib və mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərib.

U-18
Qızların qoşa yarışı

1. Mərziyyə Nurmətova - Aylin Əsgərova
2. Aynur Ağayeva - Şəbnəm Mansurova
3. Arzu Aslanova - Yağmur Məmmədli, Xədicə Eylazova - Aysu Ağayeva

Oğlanların qoşa yarışı
1. Adil Əhmədzadə - Rüstəm Hacılı
2. Onur Quluzadə - Tunar Bağırov
3. Ruslan Kərimov - Şakir Qədirov, Elşən Hüseynov - Uğur Nəzərli

Qarışıq qoşa yarışı
1. Onur Quluzadə - Yağmur Məmmədli
2. Rüstəm Hacılı - Aylin Əsgərova
3. Adil Əhmədzadə - Mərziyyə Nurmətova, Elşən Hüseynov - Şəbnəm Mansurova

Qızların şəxsi yarışı
1. Aylin Əsgərova
2. Mərziyyə Nurmətova
3. Yağmur Məmmədli, Şəbnəm Mansurova

Oğlanların şəxsi yarışı
1. Onur Quluzadə
2. Rüstəm Hacılı
3. Adil Əhmədzadə, Şakir Qədirov

U-14
Qızların komanda yarışı

1. Sumqayıt 1
2. Sumqayıt 2
3. Sumqayıt 3, 13 nömrəli İOEUGİM

Oğlanların komanda yarışı
1. Şabran
2. Sumqayıt 1
3. 13 nömrəli İOEUGİM, HAİKK

Qızların qoşa yarışı
1. Yasəmən Həbibova - Mehin Mirzəbalayeva
2. Xədicə Babazadə - Sofiya Trofimenko
3. Səidə Qulizadə - Aylin Şərifli, Mehri Aslanzadə - Banu İmanverdizadə

Oğlanların qoşa yarışı
1. Zərbah Muradov - Vaqif Babayev
2. Cəfər Almədədli - Saleh Hümbətov
3. Camal Kərim - Əliəkbər Mirzəliyev, Tunar Hüseynzadə - Həzrət Kamilov

Qarışıq qoşa yarışı
1. Vaqif Babayev - Xədicə Babazadə
2. Zərbah Muradov - Sofiya Trofimenko
3. Saleh Hümbətov - Banu İmanverdizadə, Əliəkbər Mirzəliyev - Mehin Mirzəbalayeva

Qızların şəxsi yarışı
1. Xədicə Babazadə
2. Mehin Mirzəbalayeva
3. Banu İmanverdizadə, Sofiya Trofimenko

Oğlanların şəxsi yarışı
1. Vaqif Babayev
2. Əliəkbər Mirzəliyev
3. Cəfər Almədədli, Zərbah Muradov