
Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova III MDB Oyunlarının bürünc mükafatına layiq görülüblər.
Apasport.az xəbər verir ki, bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.
İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.