III MDB Oyunları: Üç stolüstü tennisçimiz finalda - FOTO
27.09.2025 - 17:49
Üç azərbaycanlı idmançı III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib.
Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər.
Final oyunları sentyabrın 29-da keçiriləcək. Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.
- Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək
0
0