Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərib.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparıblar. Şəxsi mübarizədə kişilərdən Vaqif Məmmədov, Elşad Vahidov, İlham Ağayev, Səxavət Heydərov, qadınlardan Xəyalə Qiyasova 1-ci yeri tutub. Qoşa yarışlarda isə Zaur Mikayılovla Mahir Cəbiyev fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Onlar finalda İlham Ağayev – Xəyalə Qiyasova tandeminə qalib gəliblər.
Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
- Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda
- Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar
- Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaq
- Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub