Stolüstü tennisçi Onur Quluzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “WTT Youth Contender” turnirinin mükafatını qazanıb.
Apasport.az xəbər verir ki, o, mübarizəyə qrup mərhələsindən başlayıb.
Təmsilçimiz yerli idmançı Nidal Basiç və almaniyalı Pol Flemminq üzərində inamlı qələbələrlə növbəti mərhələyə lider kimi adlayıb.
O, 1/16 finalda Rumıniya təmsilçisi Raul Kreuçunu, ardınca Almaniya idmançısı Tien Nhia Ponqu məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Finala çıxış uğrunda görüşdə isə daha bir almaniyalı rəqibi Lukas Vanqa 2-3 hesabı ilə uduzan Onur Quluzadə yarışın bürünc medalına layiq görülüb.
- Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçilər Özbəkistandan 7 mükafatla qayıdırlar - FOTO