Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar.
60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərinə qalib gələn Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Ruvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüblər.
Zaur Mikayılov və Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.
- Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
- Stolüstü tennisçimiz beynəlxalq yarışı iki mükafatla başa vurub
- Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
- Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
- Azərbaycan stolüstü tennisçisi beynəlxalq toplanışda iştirak edəcək