ATF-nin təşkilatçılığı ilə dan imtahanı keçiriləcək
10.06.2025 - 16:36
ATF-nin təşkilatçılığı ilə dan imtahanı keçiriləcək

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.

İyunun 13-də, saat 16:00-da start götürəcək imtahan federasiyanın məşq zalında baş tutacaq.