Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, taekvondoçularımız 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.
Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq) , Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq) , Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, “Atlet” TK) gümüş, Vidadi Məmmədli (27 kq, “Altay” TK), Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK), Aydan Hüseynova (30 kq, “İrəvan” TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb.
- Taekvondo millimiz İslam Oyunlarından vətənə dönüb
- Taekvondoçularımız Avropa birinciliyi üçün İsveçrəyə yola düşüb
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB