Parataekvondoçumuz beynəlxalq turnirin finalında
08.07.2026 - 11:40
Parataekvondoçumuz beynəlxalq turnirin finalında

Cənubi Koreyanın Çxunçxon şəhərində parataekvondo üzrə Açıq Çelenc Turnirinə start verilib.

Apasport.az xəbər verir ki, ilk gün tatami üzərinə çıxan idmançılarımızdan Sabir Zeynalov uğurlu çıxışı ilə yadda qalıb.

58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonov üzərində qələbə qazanaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.