Qaşim Maqomedov Yunanıstanda mükafatlandırılıb
19.05.2025 - 12:33
Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, qala gecəsində idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
0