Rafael Nadal ZƏDƏLƏNDİ
08.01.2024 - 13:45
Rafael Nadal "Brisbane International" yarışı zamanı zədələnib.
Apasport.az "The Mirror"a istinadla xəbər verir ki, ulduz tennisçi bu səbəblə Avstraliya Açıq turnirini buraxacaq.
İyun ayında sol ombasındakı psoas vətərindən əməliyyat olunan 37 yaşlı ispaniyalı "X"də verdiyi açıqlamada bunları deyib:
"Hazırda beş set matçında maksimum tələbat səviyyəsində yarışmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və dincəlmək üçün İspaniyaya qayıdıram. Mən geri dönüş üçün il ərzində çox çalışdım və həmişə qeyd etdiyim kimi, məqsədim 3 ay ərzində ən yaxşı səviyyədə olmaqdır".
- Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
0
0