Bəhreyn Krallığının Manama şəhərində təşkil olunacaq Bəhreyn – 2024 Gimnaziada İdman Oyunlarına qatılacaq stolüstü tennisçilərimiz bu gün yola düşüblər.
Apasport.az xəbər verir ki, yarışda məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Aysu Ağayeva bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə Gimnaziadanın oyunlarını idarə edəcəklər.
Stolüstü tennis yarışlarına oktyabrın 25-də start veriləcək.
Qeyd edək ki, ölkəmiz oktyabrın 31-dək keçiriləcək yarışda 16 idman növü üzrə təmsil olunacaq.
- Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib