Tennis millimizdən qələbə
13.06.2025 - 18:58
Tennis millimizdən qələbə

Albaniyanın paytaxtı Tirana tennis üzrə “Davis Cup” turniri keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışsa daha bir qələbə qazanıb.

Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma turnirin pley-off mərhələsinə yüksəlib.

Tamerlan Əzizov Filippo Tommesanini, Kənan Qasımov isə Marko De Rossini üstələyib.

Azərbaycan millisi 2 turdan sonra komanda hesabında maksimum nəticə ilə qrup 1-cisi kimi pley-offa yüksəlib.

Qeyd edək ki, yığma ilk turda Andorraya qalib gəlib.