Sumqayıtda 2014-cü il təvəllüdlu və daha azyaşlı idmançılar arasında keçirilən stolüstü tennis üzrə ölkə çempionatının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.
100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutublar.
Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olublar.
Fərqlənən idmançılara Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.
- Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib