Azərbaycan voleybol milli komandaları “Bahar kuboku” turnirinə qatılmaqdan imtina edib
08.05.2008 - 11:37
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları “Bahar kuboku” beynəlxalq voleybol turnirinə qatılmayacaqlar. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, buna səbəb komandalarımızın Avropa çempionatının təsnifat mərhələsində iştirak etməsidir. Mayın 15-də Çexiyada start götürəcək yarış, bundan 8 gün sonra Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə başlanacaq və qadın millimizin də iştirak edəcəyi kommersiya xarakterli turnirlə də üst-üstə düşür.
Qeyd edək ki, ötən il qadın yığmamız Sloveniyada təşkil olunan “Bahar kuboku” turnirdə ikinci yeri tutub. Kişilərdən ibarət millimiz isə Çexiyada keçirilən analoji yarışı 6-cı pillədə başa vurub.
Qeyd edək ki, ötən il qadın yığmamız Sloveniyada təşkil olunan “Bahar kuboku” turnirdə ikinci yeri tutub. Kişilərdən ibarət millimiz isə Çexiyada keçirilən analoji yarışı 6-cı pillədə başa vurub.
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
0
0