Azərbaycanın voleybol yığması Moskvada keçirilən beynəlxalq turniri ikinci yerdə başa vurub
12.05.2008 - 12:37
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın 16 yaşadək qızlardan ibarət voleybol üzrə milli komandası Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, müvafiq ardıcıllıqla Belarus, Moldova və Qazaxıstan yığmalarına qalib gələn həmyerlilərimiz finala yüksəlib. Yalnız həlledici oyunda Rusiyaya uduzan komandamız turnirin gümüş medalını qazanıb.
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
0
0