"Fənərbaxça" Çempionlar Kubokunun sahibi olub
08.10.2025 - 23:05

Voleybol üzrə qadınlar arasında keçirilən 2025 Çempionlar Kubokunda Sultanlar Liqasının çempionu "Vakıfbank" və Kupa Voleyinin sahibi "Fənərbaxça Medicana" kubok uğrunda üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Ankara idman salonunda oynanan matçda setlərdə 2:0 geridə olan "Fənərbaxça", 23:25, 21:25, 25:19, 25:18 və 18:16 hesablı setlərlə "Vakıfbank"ı 3:2 məğlub edərək kubokun sahibi olub.
"Fənərbaxça" tarixində 6-cı dəfə kuboku öz muzeyinə aparmağı bacarıb.
"Sarı-lacivərdlilər" bununla da qadınlar arasında Çempionlar Kubokunu ən çox qazanan klub olub.
0
0