Polşada ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan atleti Qasım İsmayılov turnirin bürünc medalını qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçisimiz birdənqaldırmada 120 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. Təkanlaqaldırmada daha yaxşı təsir bağışlayan idmançı 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də "üçlüy"ə düşməyi bacarıb. Atlet toplamda 273 kq nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün daha 2 təmsilçimiz - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq) U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.
- Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
- Əvəzedicilər Liqası: III turun oyun cədvəli məlum olub
- Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlandı
- Mundiallar tarixinin ən yaşlı qolçuları - SİYAHI
- Vadjinin sabiq komanda yoldaşı: “Bu səbəbdən “Sent-Etyenn”ə gedir”