Lunyov Rusiya millisində
18.03.2024 - 14:57
"Qarabağ"ın qapıçısı Andrey Lunev Rusiya millisinin toplanışına gəlib.
Apasport.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi teleqram kanalında məlumat verilib.
Bu, rusiyalı qolkiper üçün son 2 il yarımda ilk çağırışdır.
Bu mövsüm Lunyov Azərbaycan yığmasının heyətində 25 oyun keçirib və bu oyunda 32 qol buraxıb. Rusiyalı 8 görüşdə qapını təmiz saxlayıb.
Qeyd edək ki, martın 21-də Rusiya yığması Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Martın 25-də Valeri Karpinin yetirmələri daha bir görüş keçirəcək. Rusiya millisi Paraqvay ilə qarşılaşacaq.
- Mundiala son vəsiqə: Kosta-Rika, yoxsa Yeni Zelandiya?
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb
- Filip Ozobiç: “Hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm” - MÜSAHİBƏ
- III MDB Oyunları: Stolüstü tennisdə və futbolda həlledici görüşlər
0
0