Arda Gülər yenidən Avropa çempionatı tarixinə düşdü
03.07.2024 - 10:14
Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə millisi Merih Demiralın qolları ilə Avstriyanı 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "ay-ulduzlar" komanda tarixində ikinci dəfə 1/4 finala yüksəlib.
Türkiyənin gənc ulduzu Arda Gülər Avstriya matçında verdiyi ötürmə ilə Avropa çempionatının tarixinə düşüb.
O, Ueyn Runi və Kriştiano Ronaldodan sonra Avropa çempionatları tarixində 20 yaşdan aşağı həm qol, həm də məhsuldar ötürmə edən ilk futbolçu olub.
Millinin Gürcüstanla matçında qol vuran Arda Gülər Avstriya ilə qarşılaşmada məhsuldar ötürmə edib.
- Ronaldonun keçidindən 30 milyon avroluq qazanc
- Vüsal İsgəndərli: “Bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı...” - MÜSAHİBƏ
- Dünya çempionatı çərçivəsində master-klass - FOTOLENT
- Tural Axundov: "İlqar Nadiri ilə işləməkdənsə, klubsuz qalaram, daha yaxşıdır" - Müsahibə
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
0
0