Eriksen Danimarka millisində rekord qırıb
26.06.2024 - 12:37

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Serbiya millisi ilə keçirilən oyunda (0:0) iştirak edib.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu, yarımmüdafiəçinin millidə 133-cü oyunudur.
32 yaşlı futbolçu bu göstəriciyə görə yeni rekordçu olub. Kristian 132 matçı olan müdafiəçi Simon Kjaerin rekordunu qırıb.
Danimarka millisi Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində 3 xal toplayıb. Komanda dördlüyü ikinci yerdə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.
- “Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarladı – Musadan ilk poker
- "Barselona" forvardını 100 milyon avroya satır
- Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub
- Böyük gərginlik: "Qalatasaray" TFF prezidentini istefaya çağırır
- “Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarıldı
0
0