Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq
27.06.2024 - 09:39
Türkiyə millisinin Çexiya ilə oyununda sarı vərəqə alan Hakan Çalhanoğlu və Səməd Akaydın cəzalı duruma düşüb.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular"ın 1/8 finalda Avstriya ilə keçirəcəyi matçda hər iki futbolçu meydana çıxa bilməyəcək.
Xatırladaq ki, ötən gün çexləri 1:2 hesabı ilə məğlub edən türklər 1/8 finala vəsiqə qazanıblar.
Qeyd dedək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. 2 iyulda keçiriləcək matçın start fiti Bakı vaxtilə 23:00-da səsləndiriləcək.
- Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- Darmadağın məğlubiyyətdən sonra erməni baş məşqçi ilə yollar ayrıldı
- Maktominay “Mançester Yunayted”i xilas etdi
- Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri açıqlandı
0
0