AFFA daha bir legioneri milliləşdirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, assosiasiyanın hədəfinə “Turan Tovuz”un futbolçusu Ayxan Quseynov düşüb.
Başqa ölkələrin vətəndaşı olan azərbaycanlılara pasport verməyi adi hala çevrilən qurum 24 yaşlı rusiyalı yarımmüdafiəçinin milliyə cəlb olunmasında maraqlıdır. O, yaxın müddətdə Azərbaycan millisində oynaya bilər.
Ayxan yığmanın məşqçilər korpusunun diqqətini də çəkib. Bu yay “Ximki”dən ayrılaraq “Turan Tovuz”a keçən rusiyalıya millidə oynamaq təklif edilib. Onun artıq AVRO-2024-ün seçmə mərhələsində yığmamızda çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, “Zenit”in yetirməsi olan Ayxan “Turan Tovuz”a qədər “Leninqradets”, “Nijnıy Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnı” klublarının formasını geyinib.
- "Neftçi" yetirməsini icarəyə göndərib
- Azərbaycanla oyun öncəsi Fransa millisinin futbolçusu zədələnib
- Rafael Ağayev ABŞ-da kəmərə sahib çıxıb, anasına həsr etdi - FOTOLENT - VİDEO
- Valdas Dambrauskas: "İmişli"nin nə düşündüyü bizim üçün önəmli deyil“
- Kriştiano Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal qazandırdı