İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, təxminən 50 ildən sonra əfsanəvi element fiqurlu konkisürmə yarışlarına rəsmən qayıdıb.
ABŞ təmsilçisi İlya Malin İtaliyanın Milan şəhərində keçirilən XXV Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə yarışlarında ilk qanuni arxa aşma hərəkətini yerinə yetirərək tarixə düşüb. Bununla o, Oyunların qızıl medalını qazanıb.
Bu tarixi çıxışla Malinin, 1998-ci il Naqano Qış Olimpiadasında fransalı Surya Bonalidən sonra bu çətin elementi yerinə yetirən ilk idmançı olub. Bonali həmin vaxt bu hərəkəti tək ayaqla tamamlasa da, element o dövrdə qadağan olunduğu üçün idmançı hakim heyəti tərəfindən cərimələnmişdi.
Qeyd edək ki, bu təhlükəli fənd 1976-cı ildən bəri rəsmi olaraq qadağan edilmişdi.
- Fransada 2 futbolçunun evi Yeni il günü qarət olunub - FOTO
- Azərbaycan Boks Federasiyasında görüş keçirilib
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- “Neftçi”nin pley-offdakı mümkün rəqibi müəyyənləşdi
- FİFA Azərbaycanda pilot layihə həyata keçirəcək