Bu gün AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər barədə məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2023-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
- ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
- Elvin Məmmədov: “Rəhbərliyin dəstəyini hiss edirik”
- "Araz-Naxçıvan" üçün Çexiya və Danimarkadan hakimlər
- Sinqapurda növbəti heç-heçə
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO