AFFA Qazaxıstanda dünyaya gələn Rauf Allahverdiyevi milləşdirmək istəyir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl onun Azərbaycan yığmasında oynamaq ehtimalı olsa da, Qazaxıstan yığmasında oynamağa üstünlük verən Allahverdiyevin Azərbaycanın U-19 yığmasına cəlb olunacağı gözlənilir.
Qazaxıstanın U-17 yığmasında çıxış edən 17 yaşlı mərkəz hücumçusunun fikrini dəyişib-dəyişməyəcəyi bəlli deyil.
AFFA əslən azərbaycanlı olan futbolçunu Azərbaycan yığmasına qazandırmaq istəyir. Buna görə də, onunla danışıqlar aparılacaq.
1,86 sm boya malik futbolçu “Jenis”ə məxsus olsa da, “Okjetpes” komandasına icarəyə verilib. Onun “Jenis”lə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədərdir.
AFFA Allahverdiyevin öncə U-19, daha sonra U-21 yığmamıza cəlb olunmasını istəyir. İlin sonuna qədər bunun cavabı bəlli olacaq.
- Millimiz Gürcüstan yığması ilə birgə təlim-məşq toplanışında iştirak edir
- Qara Qarayevdən De Byaziyə cavab: Peşəkar məşqçiyə yaraşmayan...
- Millinin sabiq üzvü kimdən avtoqraf alıb?
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- “İmişli”dən daha bir hücumçu transferi