"Arsenal"ın futbolçusu 3 həftə meydanlardan kənarda qala bilər
11.09.2024 - 15:56
Premyer Liqa təmsilçilərindən “Arsenal”ın zədəli futbolçusu Martin Edeqor 3 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Apasport.az xəbər verir ki, Millətlər Liqasında Avstriya ilə matçda zədələnən futbolçu ayaq biləyindən xəsarət alıb.
Edeqor müayinə üçün Londondadır. Ona ayaq biləyində sınıq diaqnozu qoyulmasa, üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Sınıq aşkarlansa bu proses daha uzun müddət ola bilər.
Edeqor “Arsenal”ın “Tottenhem”, “Mançester Siti” və Çempionlar Liqasında PSJ ilə oyunlarını buraxa bilər.
- “Neftçi”də sol cinah problemi: Çıxış yolu Braziliyadan tapıldı
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib
- Santuş millidən gedir, yerinə tanış serb gəlir
- “Borussiya”da Terziçi türkiyəli məşqçi əvəzləyə bilər
0
0