AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi
26.08.2022 - 12:45

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyunu ilə bağlı qərarlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibləri 1600 manat cərimələnib.
Bundan başqa, zirəlilərin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona xəbərdarlıq olunub.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” oyunu 0:0 hesabı ilə yekunlaşıb.
- Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək
- "Araz-Naxçıvan" heyətini braziliyalı ilə gücləndirib
- Azərbaycan - İsveç matçının biletləri satışa çıxarılıb
- Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu
- “Şəki”nin baş məşqçisi: “Kubok mənim üçün vacib deyil”
0
0