Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, +92 kq çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb.
Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
O, 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Qeyd edək ki, bu gün Abdullayevdən öncə Sərxan Əliyev (71 kq) də 1/8 finala vəsiqə qazanıb.
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
- Türkiyə derbisində qalib müəyyənləşmədi - YENİLƏNİB
- Kurtua: "Vinisius təhqirlərdən sonra da oyuna fikrini yönəldə bilir"
- "Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
- Cüdo millimiz Avstriyadakı təlim-məşq toplanışını başa vurub