UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Apasport.az xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-da saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da “Neftçi” Futbol Mərkəzində, mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
- La Liqa prezidenti: “Messi gedəndə aldığı maaşı istəsə, dönüşü mümkün deyil”
- "İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"
- “Universitetya”nın sahibi: “Regekampf Rumıniyanın ən yaxşı məşqçisidir”
- Türkiyədə 10 klubun 3 xalı silindi - SƏBƏB
- Boks millimiz qitə birinciliyində 11 boksçu ilə təmsil olunacaq