Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
15.11.2022 - 12:16
Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.
Apasport.az saytının məlumatına görə, “Flamenqo”nun yarımmüdafiəçisi vida matçına çıxıb.
37 yaşlı Dieqo A seriyasında “Avai” ilə keçirilən qarşılaşmanın ardından futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, peşəkar karyerasında buna qədər “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbaxça”nın formasını geyinən Dieqo 34 oyunda formasını geyindiyi Braziliya yığması ilə iki dəfə Amerika Kubokunu qazanıb.
- Şuaybu: “Bombardir olmaq istəyirəm”
- Məhəmməd Abdullayev: “Əsas hədəfim Olimpiadada medal qazanmaqdır”
- Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək
- Konfrans Liqası: "Başakşehir" Sloveniya klubuna darmadağın oldu - YENİLƏNİB
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
0
0