Azər Bağırov istefa verdi
06.04.2024 - 17:09
Azərbaycan Premyer Liqasında daha bir baş məşqçi ayrılığı baş tutub.
Apasport.az xəbər verir ki, "Araz-Naxçıvan"ın çalışdırıcısı Azər Bağırov istefa verib.
Klubun mətbuat xidmətindən saytımıza daxil olan məlumata görə, 39 yaşlı baş məşqçinin klubdan ayrılması hələ rəsmiləşməyib.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında birinci divizionda çempion olub. Komanda Premyer Liqada 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.
- DÇ-2022: Komandaların dəyəri açıqlandı
- İqor Rodriqes: “Qarabağ"ın Portuqaliyadakı qələbəsi məni təəccübləndirmədi" - Müsahibə
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
- Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər
- "Sumqayıt"ın basketbolçusu: "Bakı mənim üçün kiçik Nyu-Yorkdur"
0
0