Azərbaycan Prezidenti “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayırıb - SƏRƏNCAM
29.08.2025 - 16:22
UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayrılıb.
Apasport.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
- Branimir Subaşiç: "Azərbaycan millisində perspektivli oyunçular çoxdur" - Müsahibə
- "İnter" minimal hesabla uduzdu
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
- Baş məşqçi əvəzi: "Rəqib daha təcrübəli idi"
0
0