Azərbaycan – Slovakiya matçına litvalı hakim
07.06.2022 - 12:26

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.
İyunun 10-da Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Baş hakimin köməkçiləri kimi Aleksandr Radius və Dovidas Suşiedelis təyinat alıb. Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
- Dünya çempionu Messi və Ronaldonu müqayisə etdi: “O, daha emosionaldır”
- "Bavariya"dan "Beşiktaş" faciəsini unutduran qələbə
- Azərbaycan hakimləri üçün fiziki hazırlıq məşqləri təşkil olunub
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- Super Liqa: "Fənərbaxça"dan darmadağın
0
0