DÇ-2026-da növbəti tur - Braziliya Yaponiya ilə üz-üzə
26.06.2026 - 06:03
DÇ-2026-da növbəti tur - Braziliya Yaponiya ilə üz-üzə

DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütlüyü müəyyənləşib.

Apasport.az xəbər verir ki, Braziliya millisi pley-offun ilk mərhələsində Yaponiya ilə qarşılaşacaq.

Cənubi Amerika təmsilçisi C qrupunu 7 xalla lider tamamlayıb. Yaponiya isə F qrupunda Niderlanddan sonra ikinci yeri tutaraq 1/16 finala yüksəlib.

Qeyd edək ki, Braziliya - Yaponiya oyunu iyunun 29-da keçiriləcək. Qalib komanda 1/8 finalda Mərakeş - Niderland cütünün güclüsü ilə üz-üzə gələcək.