Azərbaycanlı futbolçu Türkiyə klubuna qalib gəldi
08.02.2025 - 19:39
Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin məhkəmə işi yekunlaşıb.
Apasport.az xəbər verir ki, onun Türkiyənin “Tuzlaspor” klubuna qarşı irəli sürdüyü iddia təsdiqlənib.
Bunu müdafiəçinin vəkili Elcan Həsənli açıqlayıb. Hüquqşünas bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, FIFA-ya etdikləri şikayətin təsdiqləndiyini bildirib. FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, klub Bəxtiyara təzminat ödəyib.
Qeyd edək ki, Həsənalızadə hazırda "Araz-Naxçıvan"ın şərəfini qoruyur.
- Obradoviç: “Samirin komandasında həmin məsələlərin olmasını arzulamıram” - MÜSAHİBƏ
- “Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
- Lukaku üçün növbəti cəza: "NAPOLİ"DƏN SANKSİYA
- Mundiallar tarixinin ən yaxşı qapıçıları – “30-luq”
- Reqekampf: "Şamaxı" üçün vacib olan qol buraxmamaq idi"
0
0