Ləğv edilmiş “Keşlə” klubunun legioner oyunçusu barədə məhkəməyə müraciət edilib.
Apasport.az-ın əldə etdiyi məlumata görə, söhbət klubun sabiq braziliyalı oyunçusu Rodriqes Pereyra Juniordan gedir. 29 yaşlı oyunçu barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla üş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətə səbəb isə sabiq futbolçunun fərdi sahibkar kimi dövlət büdcəsinə olan borcunu ödəməkdən boyun qaçırmasıdır.
Bu səbəblə adı çəkilən idarə məhkəməyə üz tutaraq, futbolçunun Azərbaycandan çıxışının müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.
Qeyd edək ki, futbolçu 2020-ci ildə “Keşlə” klubuna transfer edilib və 2021-ci ildə klubdan ayrılıb. Həmçinin 2021-ci ildə “Keşlə” klubunun adı dəyişdirilərək “Şamaxı” adlandırılıb.
- Şahmatçımız beynəlxalq festivalda iştirak edəcək
- "Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində
- "Fənərbaxça" - "Zenit" matçında "rəhbərlik istefa" şüarları
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- Milli Olimpiya Komitəsinin rəsmiləri WAKO ilə görüş keçirib - FOTO