Çimərlik futbolu üzrə Azərbaycan Superliqasının qalibi müəyyənləşib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan VTB ölkə çempionu olub.
“Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.
13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu üçün ayrılan mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (VTB), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.
Qeyd edək ki, Superliqanın qalibi Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.
- “Gəncə”nin yeni transferi: “Məqsədimiz uğur qazanmaqdır”
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə təkmilləşdirmə kursu keçirilib
- Azərbaycanda son 10 mövsümün rekordu
- “İnter” heyətini yeni futbolçu ilə gücləndirib - RƏSMİ
- Danilo Dias “Qarabağ”ın hegemonluğunun sirrini açıqladı - MÜSAHİBƏ