Cüdoçumuz Romada medal qazandı
12.03.2023 - 00:26

Cüdoçu Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazanıb.
Apasport.az-ın məlumatına görə, İtaliyanın paytaxtı Romada keçirilən turnirin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
60 kq çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Yarinqə qalib gəlib.
73 kq çəkidə mübarizə aparan cüdoçumuz İbrahim Əliyev isə yarışı 5-ci yerdə tamamlayıb.
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- "Gələcək 2 mövsümdə Türkiyə kubokuna qatılmayacağıq!" - Ali Koç - YENİLƏNİB
- “Nyukasl” təxirə salınmış matçda şou göstərdi – VİDEO
- "Barselona"da ciddi itki
- Yunus Akgün: "Qalatasaray"ın Parlayan Ulduzu
0
0