Diniyev oynadı, komandası qalib gəldi
09.03.2025 - 20:53
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, yeni baş məşqçi Tuncay Şanlının rəhbərliyi ilə ilk matçına çıxan komanda Türkiyə I liqasının XXIX turu çərçivəsində səfərdə liderlər qrupunda yer alan "Gənclərbirliği"nə qalib gəlib - 2:1.
Oyunu əvəz olunmadan keçirən Diniyev 38-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, xalını 42-yə yüksəldən "Çorum" hazırda 8-ci pillədə qərarlaşıb.
- A Seriyası: “Roma” “Komo”nu üstələdi
- PSJ-nin sahibi "Liverpul" və ya "Mançester Yunayted"i istəyir
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
- Azərbaycan Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşdi
- "Brayton" və "Mançester Yunayted" ingilis yarımmüdafiəçi ilə maraqlanır
0
0