"İnanıram ki, qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq".
Apasport.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan idmançı qələbəyə görə çox sevincli olduğunu bildirib:
"Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir. İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq".
Qeyd edək ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Jorj Kaşkilya: “Şamaxıya qələbə üçün gəlmişdik"
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- Beynəlxalq dərəcəli həndbol hakimlərimiz təyinat alıblar
- Azər Bağırov: “Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik”
- Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib