"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Kubokunun yarımfinal mərsəhələsinin "Zirə" ilə matçından (0:2) sonra jurnalistlərə açıqlama verib
Apasport.az xəbər verir ki, o, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını bildirib.
"Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şedylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. 1 illik əziyyətimiz 1 gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusilə Əliyar "Turan Tovuz"un oyunlarına təyinat alanda belə halları gözləyirdik. Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq də. Bizə mesaj göndərildi ki, səhv etmişəm. Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm".
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
- Ronaldoya 20 qoyun təklif edib, “Mançester Yunayted”dən cavab gözləyirlər
- Masazırda qollu bərabərlik - YENİLƏNİB
- Millimiz ilk oyununda Avstriya yığması ilə üz-üzə gələcək
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar