Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
26.11.2024 - 11:54
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
- Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"
- Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."
- Azərbaycan - Kosovo matçının təyinatları müəyyənləşib
- “Neftçi” Samir Abasovla vidalaşdı, yeni baş məşqçi növbəti iclasa qaldı
- Ulduz reper italyan klubuna 36 milyon avro yardım edib
0
0